AZ

İran danışıqlardan İMTİNA ETDİ

İran danışıqlar üçün sabah İslamabada getməyəcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, İran İslamabada nümayəndə heyəti göndərməyəcəyini ABŞ-yə bildirib.

Danışıqların ikinci mərhələsində iştirak etməmək qərarı müxtəlif səbəblər əsasında verilib və bu barədə ABŞ tərəfi Pakistan vasitəsilə məlumatlandırılıb.

Belə ki, İran rəsmiləri daha əvvəl atəşkəsin ilk gündən etibarən mütəmadi şəkildə pozulduğunu vurğulayıblar.

ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadası Tehran tərəfindən “müharibə aktı” kimi qiymətləndirilib.

Xəzər

"Cebheinfo.az"

Seçilən
73
1
cebheinfo.az

2Mənbələr