AZ

Metroda sıxlıq yarandı: Qrafik dəyişdi, sərnişinlər gecikdi

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün səhər saatlaırnda Bakıda metro stansiyalarında sərnişin sıxlığı müşahidə olunur.

"Cebheinfo.az" xəbər verir ki, səhər saat 07.30 radələrindən başlayaraq xüsusil metronun "28 May", "Elmlər Akademiyası", "20 Yanvar", "Gənclik", "Həzi Aslanov" stansiyalarında srnişinlər sıxlığı var.

Buna səbəb iş günü olmasına baxmayaraq, metronun şənbə günü qrafikiylə işləməsidir.

Xatırladaq ki, aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək, "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Səbəb metroda dünən yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlərin görülməsidir.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
1
cebheinfo.az

2Mənbələr