Bu gün Azərbaycan kubokunda 1/2 finalın daha bir cavab matçı keçiriləcək.
QOL.az xəbər verir ki, bununla da ikinci finalçının adı məlum olacaq.
"Sabah" öz meydanında "Qarabağ"la qarşılaşacaq. Komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb. Tərəflərin bu mövsüm çempionatdakı qarşılaşmalarında isə "Sabah"ın üstünlüyü var. Valdas Dambrauskasın komandası iki görüşdə üstün olub - 2:1, 1:0. Bir oyunda isə 3:3 hesabı qeydə alınıb.
Maraqla gözlənilən qarşılaşma saat 20:00-da başlayacaq.
Finala yüksələn komanda həlledici oyunda "Zirə" ilə qarşılaşacaq.
22 aprel (çərşənbə)
Azərbaycan kuboku, 1/2 finalın cavab matçı
20:00.“Sabah” - “Qarabağ”
“Bank Respublika Arena”
İlk oyun - 2:2
21 aprel (çərşənbə axşamı)
“Zirə” - “Turan Tovuz” - 0:0
İlk oyun - 2:0