AZ

ABŞ kəşfiyyat məlumatları Tramp və Heqseti təkzib edir

ABŞ kəşfiyyatı hesab edir ki, Ağ Ev administrasiyasının müdafiə və hücum imkanlarının məhv edilməsi iddialarına baxmayaraq, İran əhəmiyyətli hərbi resursları saxlayıb.

Musavat.com xəbər verir ki, bu məlumatla NBC News ABŞ qanunvericilərinin açıqlamalarına istinadən çıxış edib: "ABŞ hərbi kəşfiyyatı İranın hələ də əhəmiyyətli hərbi resurslara malik olduğuna inanır".

Həmçinin qeyd olunur ki, kəşfiyyat məlumatları İran hava məkanına tam nəzarət etdiyini və İran müdafiə sənayesinin məhv edildiyini iddia edən Tramp və Heqsetin açıqlamaları ilə ziddiyyət təşkil edir.

NBC News həmçinin xatırladır ki, ötən həftə Pentaqonun Müdafiə Kəşfiyyat Agentliyinin rəhbəri Ceyms Adams qanunvericilərə İranın "minlərlə raket və kamikaze dronuna" sahib olduğunu bildirib.

Musavat.com

Seçilən
59
musavat.com

1Mənbələr