AZ

Hazırda paytaxtın bu yollarında tıxac var  

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.


Manset.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət: 

 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

 5. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

 6. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

 10. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

 11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

 12. Babək prospekti, mərkəz istiqamətində;

 13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 14. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

 15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

 16. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 17. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Qeyd edək ki, dünən metroda yaranan problemdən sonra yollardsa sıxlıq müşahidə edilib. Bundan əlavə, bu gün metronun intervalı da şənbə qrafikinə keçib.

Seçilən
38
49
manset.az

10Mənbələr