AZ

Azərbaycan Kuboku: İkinci finalçı bu gün müəyyənləşəcək

Azərbaycan Kubokunda ikinci finalçı bu gün müəyyənləşəcək.

Msport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Sabah” “Qarabağ”ı qəbul edəcək.

Qarşılaşma “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Tərəflər arasında baş tutan ilk görüşdə qollu heç-heçə qeydə alınıb – 2:2.

Cütün qalibi finalda “Zirə” ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda “Turan Tovuz”la qolsuz bərabərə qalıb. İlk dueldə “qartallar” üstün olub – 2:0.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də “Palms Sports Arena”da keçiriləcək.

Seçilən
16
6
msport.az

10Mənbələr