Naxçıvan, 22 aprel, AZƏRTAC
Cari ilin yanvar–mart ayları ərzində muxtar respublika üzrə istehlakçılara 475,2 min manata yaxın ƏDV məbləği geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz çoxdur.
Ümumiyyətlə, "ƏDV geri al" layihəsinin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 4,6 milyon manata yaxın olub.
Müxbir- Nail Əsgərov