2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların "Birbank" tətbiqi bloklanıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin üzvü, Baş Risk inzibatçısı Ağarza Baxşiyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.
O, ötən il bank tərəfindən tətbiq edilən daha bir yeniliyi bölüşərək bildirib ki, 2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında Birbank tətbiqinin fəaliyyətinə mane olan virus aşkarlanıb.
"Virusla yoluxan cihazlarda bank tətbiqi bloklanıb. Bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısı alınıb", - o qeyd edib.