AZ

“Yeniyetmə aqressiyasına kompleks yanaşma vacibdir”- Nailə İsmayılova

Son illərdə yeniyetmələr arasında artan aqressiv davranışlar cəmiyyət üçün ciddi narahatlıq doğurur. Məktəb mühitində zorakılıq hallarının çoxalması, həmyaşıdlar arasında konfliktlərin kəskinləşməsi problemin aktuallığını daha da artırır.

Bir çox ölkələrdə bu problemin həlli üçün sosial-emosional təhsil proqramları və psixoloji dəstək mexanizmləri geniş tətbiq olunur.

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az-a açıqlamasında bildirib: “Yeniyetmələrdə aqressiyanın formalaşmasında ailədaxili münasibətlər mühüm rol oynayır. Uşaqların böyüdüyü mühitdə konflikt və ya emosional laqeydlik varsa, bu, onların davranışına birbaşa təsir edir və aqressiyanı artırır”.

O əlavə edib: “Bu problemin qarşısını almaq üçün kompleks yanaşma vacibdir. Valideynlər uşaqları ilə sağlam ünsiyyət qurmalı, məktəblər isə təhlükəsiz və dəstəkləyici mühit yaratmalıdır. Sosial-emosional bacarıqların inkişafı aqressiyanın azalmasına ciddi töhfə verə bilər”.

Zəhra Ağayeva

Seçilən
65
qht.az

1Mənbələr