Bakı, 22 aprel, AZƏRTAC
Sergey Rebrov futbol üzrə Ukrayna millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.
AZƏRTAC Ukrayna Futbol Assosiasiyasının (UAF) rəsmi saytına istinadla xəbər verir ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, UAF-da vitse-prezident və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Sergey Rebrov 2023-cü ildən Ukrayna millisinə rəhbərlik edirdi. Yığma bu il keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib.