AZ

"İndiki "Avroviziya" komandamızdan hər şey gözləmək olar"

"İndiki "Avroviziya" komandamızdan hər şey gözləmək olar""Avroviziya 2011" qalibi Nigar Camal ölkəmizi bu il yarışmada təmsil edən Jivadan danışıb.

Axşam.az xəbər verir ki, "Mədəni şou"ya danışan müğənni təmsilçimizə arzularını səsləndirib.

"Avroviziya" son zamanlar zəifləyib. Finala keçə bilmirik. Çox istəyərdim Jiva da finala keçsin. Arzu edirəm ki, bizi layiqincə təmsil etsin. Mahnı haqda heç nə deyə bilmərəm. Düşünürəm daha qəşəng mahnı olardı" deyə, Nigar bildirib.

İfaçı "Mahnının süni intellektlə yazıldığı iddia edilir" sözlərinə "Buna sözüm yoxdur. İndiki komandadan hər şey gözləmək olar" cavabını verib.

Qeyd edək ki, Jivva ölkəmizi "Just go" mahnısı ilə təmsil edəcək. Müsabiqə mayın 12, 14 və 16-da Vyanada keçiriləcək.

Seçilən
58
1
big.az

2Mənbələr