Bakı. Trend:
Aprelin 22-də Astanada Qazaxıstan Respublikası Prezidentinintəşəbbüsü ilə 2026-cı il regional ekoloji sammiti işinəbaşlayıb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, AzərbaycanRespublikasının Baş naziri Əli Əsədov sammitdə iştirak edib.
Bildirilib ki, əvvəlcə Azərbaycan pavilyonu da daxil olmaqla2026-cı il Regional Ekoloji Sammitin sərgi pavilyonları ilə birgətanışlıq olub.
Sammitin plenar iclasında çıxış edən Ə.Əsədov vurğulayıb ki,Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyinə qarşıtədbirlərə böyük əhəmiyyət verir, onları milli və beynəlxalqdavamlı inkişaf gündəliyinin ayrılmaz hissəsi kimiqiymətləndirir:
“Bu kontekstdə Bakıda BMT-nin iqlim Konfransı - COP29-unkeçirilməsi ölkəmizin qlobal iqlim gündəliyində duran əsasməsələlər üzrə beynəlxalq səylərin konsolidasiyasına çox vacibtöhfəsi oldu”.
Çıxışda su təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib.Xüsusi olaraq vurğulanıb ki, iqlim dəyişikliyinin, şirin suçatışmazlığının artmasının və su ehtiyatlarına olan təzyiqingüclənməsi fonunda artan qlobal çağırışlar şəraitində sutəhlükəsizliyi məsələləri beynəlxalq gündəlikdə prioritet əhəmiyyətkəsb edir.
Bu kontekstdə Azərbaycan Respublikasının BMT-nin himayəsialtında ixtisaslaşmış beynəlxalq su təşkilatının təsis edilməsinədair Qazaxıstan Respublikasının təşəbbüsünə dəstəyi ifadəolunub.
Xəzər dənizində ekoloji vəziyyətlə bağlı problemlərə toxunan Başnazir vurğulayıb ki, ən kəskin çağırışlardan biri Xəzər dənizininsəviyyəsinin sürətlə azalmasıdır.
O, Azərbaycanın regional qarşılıqlı fəaliyyətə sadiqliyinitəsdiqləyərək qeyd edib ki, ölkə bu çağırışa qarşı səmərəliqarşılıqlı fəaliyyət göstərilməsi üçün Xəzəryanı dövlətlər arasındaəməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl səylərgöstərir.
Bu məsələ ilə bağlı qeyd olunub ki, Xəzərin səviyyəsininazalması səbəblərini öyrənmək və müvafiq profilaktik tədbirlərgörmək məqsədilə Azərbaycanın təşəbbüsü əsasında Qazaxıstan, Rusiyavə Türkmənistan ilə ikitərəfli işçi qrupları yaradılıb.
Ətraf mühitin deqradasiyasına ciddi təsir göstərən iqlimfaktorlarını plenar iclasın iştirakçılarının diqqətinə çatdıran Ə.Əsədov bu çağırışlara cavab verilməsi üzrə Azərbaycanda görülənardıcıl tədbirlərdən danışıb:
“Biz bərpaolunan enerji mənbələrini fəal şəkildə inkişafetdirərək, “yaşıl” energetikaya keçidə üstünlük veririk.Hidroenerji sahəsində layihələrin fəal şəkildə həyata keçirildiyiazad olunmuş ərazilərdə “yaşıl energetika zonalarının”yaradılmasına xüsusi diqqət yetirilir”.
Baş nazir qeyd edib ki, COP29-un uğurla keçirilməsi təcrübəsinəəsaslanan Azərbaycan UN-Habitat ilə əməkdaşlıq şəraitində bu ilinmay ayında təşkil ediləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna evsahibliyi etməyə hazırlaşır.
Plenar iclasın iştirakçılarına Azərbaycanın iyun ayında evsahibliyi edəcəyi daha bir mühüm tədbirə - 2026-cı il ÜmumdünyaƏtraf Mühit Gününə hazırlıq barədə də məlumat verilib.
Baş nazir vurğulayıb ki, Azərbaycan qlobal davamlı inkişafgündəliyini irəli aparmaq və şəhərsalma və ekologiya sahəsindəbeynəlxalq səyləri birləşdirmək üçün bu platformalardan istifadəetmək niyyətindədir.
Çıxışına yekun vuran Ə.Əsədov qeyd edib ki, Azərbaycanbeynəlxalq əməkdaşlıq prinsiplərinə sadiq qalır və ortaq məqsədlərənail olunmasına fəal şəkildə töhfə verməyə hazırdır.