AZ

Aİ Zelenskiyə 90 milyard avroluq kreditlə təzyiq göstərəBİLƏR

Avropa İttifaqı Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq kredit məsələsindən istifadə edərək Kiyevə seçkilərin keçirilməsi üçün təzyiq göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu fikri rusiyalı iqtisadçı Aleksey Zubets “gazeta.ru”ya açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski “Drujba” neft kəməri ilə nəqlin bərpasını gecikdirərək Avropaya təzyiq göstərməyə çalışır. Zubets iddia edib ki, Brüssel buna cavab olaraq kredit ayrılması məsələsini rıçaq kimi istifadə edə bilər.

İqtisadçı bildirib ki, Avropada enerji təhlükəsizliyi ilə bağlı narahatlıq artır. Onun fikrincə, “Drujba” kəmərinin fəaliyyəti təkcə Macarıstan və Slovakiya üçün deyil, bütövlükdə Mərkəzi Avropa üçün əhəmiyyət daşıyır.

Zubets əlavə edib ki, Avropa ABŞ ilə birlikdə Ukraynada ilin sonuna qədər seçkilərin keçirilməsi üçün də təzyiq göstərə bilər. O hesab edir ki, əks halda Kiyev yeni maliyyə dəstəyi almaqda çətinlik çəkəcək.

Qeyd edək ki, Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakovanın sözlərinə görə, “Drujba” neft kəməri ilə tədarükün aprelin 23-də bərpa olunacağı gözlənilir.

NURİYYƏ

Seçilən
53
1
redaktor.az

10Mənbələr