AZ

Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin

Rusiyada Yeni il ərəfəsində vətəndaşlara əlavə “13-cü maaş” və pensiyaçılara “13-cü pensiya” verilməsi təklif olunub.

Publika.az xəbər verir ki, bu təşəbbüslə deputat Serqey Mironov çıxış edib.

“Ədalətli Rusiya” Partiyasının lideri və Dövlət Dumasındakı fraksiya rəhbəri bildirib ki, bu addım bütün işləyən vətəndaşlara şamil edilməlidir. Onun sözlərinə görə, əhalinin böyük hissəsi maddi çətinliklərlə üzləşir və Yeni il ərəfəsində əlavə gəlir insanlara bayramı daha rahat keçirməyə imkan verə bilər.

Mironov vurğulayıb ki, eyni yanaşma pensiyaçılara da tətbiq olunmalıdır və “13-cü pensiya” verilməsi sosial baxımdan ədalətli addım olar. Bildirilib ki, bu təklif artıq Dövlət Dumasının müzakirəsinə təqdim edilib.

Seçilən
42
publika.az

1Mənbələr