AZ

MSK-da üzvlüyə namizəd Elnarə Mustafayeva kimdir? - DOSYE

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib, partiyanın MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib.

News365.az-ın xəbərinə görə, siyahıda adı yer alanlar arasında Mustafayeva Elnarə Eyyub qızının Komissiyanın əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.

Elnarə Mustafayeva kimdir? 

Məlumata görə, Mustafayeva Elnarə Eyyub qızı 24 sentyabr 1975-ci ildə anadan olub. Ali təhsillidir. 

O, uzun illərdir Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərir. E.Mustafayeva hal-hazırda YAP-ın Yasamal rayon təşkilatının sədr müavinidir. 

Seçilən
34
1
news365.az

2Mənbələr