AZ

AÇ: Günay Qurbanova yarımfinalda

Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, o, 1/4 finalda Almaniya idmançısı Elena Bruqqeri yenib.

Elnurə Məmmədova (50 kq) təsnifatda Aqata Valerzaka (Polşa) uduzub.

Bu gün iki yunan-Roma güləşçisi qızıl, biri bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) eyni raundda Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yeri tutmaq üçün Suner Konunovla (UWW) qarşılaşacaq.

Xatırladaq ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Seçilən
15
4
fanat.az

10Mənbələr