AZ

XİN-in idarə rəisi kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO

Ötən gün paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında avtomobillə motosiklet toqquşub.

News365.az xəbər veir ki, motosikletin sahibi, Bakıda kuryer fəaliyyəti ilə məşğul olan Ceyhun Quluzadə "Unikal"a açıqlamasında hadisənin detallarını açıqlayıb:

"Nərimanov rayonunda 99-HZ-003 dövlət qeydiyyat nişanlı "Land Rover Discovery" markalı avtomobilin sürücüsü mənim motosikletimi vurdu. Nəticədə motosikletə ziyan dəydi, benzin çəni partladı. Nəticədə yanacaq yerə dağıldı. Motosikletimi vuran sürücü mənə dəyən ziyanı ödəmək istəmədi. Ondan heç olmasa, yanacağın pulunu verməsini tələb etdim. Lakin o, bunu da yerinə yetirmədi.

Əvəzində isə mənə hədə-qorxu gəlməyə başladı. Daha sonra isə ərazidən uzaqlaşdı", - deyə zərərçəkən şəxs bildirib.

Məlumata görə, qəzanı törədən şəxs, 99-HZ-003 nömrəli avtomobilin sürücüsü Xarici İşlər Nazirliyinin Təşkilat-nəzarət idarəsinin rəisi Həsən Dilsuz oğlu Məmmədzadədir.

O, XİN-də idarə rəisi təyin olunmazdan əvvəl Azərbaycan Respublikasının Litva Respublikasındakı, daha sonra isə Tacikistandakı səfiri olub. 2021-ci ildə isə səfir vəzifəsindən azad edilib və XİN-dəki vəzifəsinə təyinat alıb.

Seçilən
19
13
news365.az

10Mənbələr