AZ

Elşən Abıyevə yeni vəzifə verildi

Masallı Rayon İcra Hakimiyyətinin aparatında yeni təyinat həyata keçirilib.

Yeni Sabah xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra başçısı Araz Əhmədovun 22 aprel 2026-cı il tarixli sərəncamına əsasən, Abiyev Elşən Rövşən oğlu aparatın Sosial-iqtisadi və memarlıq-tikinti şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunda aparıcı məsləhətçi vəzifəsinə təyin olunub.

Qeyd olunub ki, həmin vəzifə vakant olduğu üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müsahibə təşkil edilib. Müsahibədə yüksək nəticə göstərən Elşən Abiyev komissiyanın qərarına əsasən vəzifəyə uyğun hesab edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
4
yenisabah.az

1Mənbələr