Energetika naziri Pərviz Şahbazovla İrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Azərbaycanla İrlandiya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Parlamentlərarası əlaqələrin münasibətlərin möhkəmləndirilməsində, eləcə də yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rolu vurğulanıb. Enerji sahəsində mövcud qlobal çağırışlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə sabit və etibarlı enerji təchizatçısı kimi verdiyi töhfələr qeyd olunub. Ölkəmizin xam neft və təbii qaz ixracı, həmçinin enerji sisteminin şaxələndirilməsi çərçivəsində bərpa olunan enerji mənbələrinin inkişafı və regionlararası “yaşıl enerji dəhlizləri”nin yaradılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. İrlandiya nümayəndə heyəti ölkələrinin enerji keçidi siyasəti, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdıraraq, Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Görüşdə ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft təchiz edildiyi qeyd olunub. Mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, həmçinin İrlandiya şirkətləri Azərbaycanda bərpa olunan enerji layihələrinə, o cümlədən istehsal və ötürmə sahələrinə investisiya yatırmağa dəvət olunub.
Söhbət zamanı İrlandiya tərəfinin “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı məsələsinə də toxunulub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta



