AZ

Elşad İskəndərov Banqkokda Azərbaycanın kiçik ada dövlətlərə dəstəyi barədə məlumat verib (FOTO)

Bakı. Trend:

22 aprel tarixində Banqkok şəhərində BMT-nin Asiya və SakitOkean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-cisessiyası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlərNazirliyinin (XİN) təşkilatçılığı ilə sülh və iqlim dayanıqlılığımövzusunda yüksək səviyyəli tədbir keçirilib.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Bildirilib ki, “Heç kəsi arxada qoymamaq” şüarı ilə BeynəlxalqMiqrasiya Təşkilatı (BMqT) və UNESCAP Katibliyinin dəstəyi iləkeçirilən tədbirdə inkişaf etməkdə olan kiçik ada dövlətlərininnazirləri, yüksək səviyyəli dövlət nümayəndələri və beynəlxalqtəşkilatların təmsilçiləri çıxış ediblər.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən XİN-in Xüsusitapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmiz tərəfindən kiçikada dövlətlərinə xüsusi diqqət və qayğının göstərildiyinivurğulayıb.

Səfir Azərbaycanın liderliyi ilə COP29-da iqlim maliyyəsisahəsində qəbul edilmiş tarixi qərarların ilk növbədə məhz iqlimdəyişmələrinə həssas olan bu ölkələr üçün xüsusi əhəmiyyətini qeydedib.

Ölkəmizin kiçid ada dövlətlərinə beynəlxalq texniki yardım,iqlim dayanıqlılığı və bacarıqların artırılması sahələrində dəstəkgöstərdiyini bildirən natiq, bu səpkidə COP29 Azərbaycansədrliyinin uğurlu təşəbbüslərindən biri olan Bakı İqlim və SülhFəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) cari ildə kiçik ada ölkələriilə əməkdaşlıq planlarından danışıb.

Tədbirdə çıxış edən Tonqanın daxili işlər naziri, həmçininMaldiv, Tuvalu, Marşal Adaları, Fici, Mikroneziya və Samoanınhökumət nümayəndələri ölkəmizin qlobal çağırışların həllisahəsindəki liderliyini yüksək qiymətləndirib, eyni zamandaölkələrinə göstərilən dəstək və diqqətə görə Azərbaycanrəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Eyni zamanda qeyd edilib ki, COP29-un vacib təşəbbüslərindənolan Bakı Mərkəzi platforması çərçivəsində irəli sürülən və sülhətöhfə verən uğurlu iqlim təşəbbüsləri iqlim risklərinə həssasölkələr üçün beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və dayanıqlımaliyyələşmə mexanizmlərinin səfərbər olunması baxımındanəhəmiyyətli imkanlar yaradır. Bu çərçivədə Mikroneziya və MarşalAdalarının nümayəndələri Bakı Mərkəzi ilə əməkdaşlıq etməkməqsədilə müraciət ünvanlayıblar.

UNESCAP-ın 82-ci sessiyası çərçivəsində Azərbaycan sədrliyininilk yüksək səviyyəli dialoqu olan bu tədbirin əhəmiyyətinivurğulayan UNESCAP-in icraçı katibinin müavini Li Yanq və BMqT-ninnümayəndəsi çıxışlarında təmsil etdikləri təşkilatlarınAzərbaycanın liderliyi ilə kiçik ada dövlətlərinə iqlimdayanıqlılığı və davamlı inkişaf sahələrində həyata keçirilənkonkret təşəbbüslərə dəstək ifadə ediblər.

Elşad
Elşad
Elşad
Seçilən
70
3
az.trend.az

10Mənbələr