AZ

Yüzdən çox ölkənin Britaniyaya kiberhücumlar həyata keçirmək imkanı var

Ayna saytına istinadən ain.az xəbər verir.

Dünya ölkələrinin yarıdan çoxu infrastrukturu, korporativ və özəl şəbəkələri sındıra bilən proqram təminatına çıxış əldə edib

100-dən çox ölkə Böyük Britaniyaya qarşı kiberhücumlar həyata keçirmək üçün texnologiyaya malikdir. AYNA.AZ “Politico”ya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzinin (NCSC) məlumatında qeyd edilib.

Bildirilib ki, dünya ölkələrinin yarıdan çoxu infrastrukturu, korporativ və özəl şəbəkələri sındıra bilən proqram təminatına çıxış əldə edib.

Nəşr Mərkəzin icraçı direktoru Riçard Hornun sözlərinə istinadən yazır: "Kibertəhlükəsizliyə üstünlük verməyən şirkətlər artıq sadəcə sadəlövh deyillər. Onlar müasir dünyanın reallıqlarını başa düşmürlər".

Qeyd olunub ki, casus proqram təminatı da daxil olmaqla kommersiya hakerlik alətləri son illərdə geniş yayılıb. Bu cür texnologiyalar əvvəllər jurnalistlərə və siyasi fəallara hücum etmək üçün istifadə olunurdu, lakin indi biznes getdikcə daha çox hədəfə alınır.

Böyük Britaniya hakimiyyəti də genişmiqyaslı kiberhücumlarda artım qeydə alır: son bir ildə onların sayı ikiqat artıb və hadisələrin əksəriyyəti cinayətkar qruplarla deyil, dövlətlərin fəaliyyəti ilə bağlıdır.

Əlavə bir təhlükə, sistemlərdəki zəiflikləri daha tez müəyyən etməyə və istismar etməyə imkan verən süni intellektin (AI) inkişafı ilə bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
ayna.az

1Mənbələr