AZ

AFFA 3 komandanı texniki məğlubiyyətlə cəzalandırdı

AFFA İntizam Komitəsi üç komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Fanat.Az xəbər verir ki, qərar komitənin son iclasında qəbul olunub.

U-14 Liqasında baş tutan "Yasamal Bakı" – "Mübariz" FA qarşılaşmasında meydan sahiblərinin heyətində protokolda adı olmayan futbolçuların iştirakı aşkarlanıb. Bu səbəbdən paytaxt təmsilçisinin nəticəsi ləğv olunub və komanda 0:3 hesablı texniki məğlubiyyətdən qaça bilməyib.

Eyni liqada keçirilməli olan "European Football Academy" – "Young Pro" oyunu qonaqların meydana çıxmaqdan imtina etməsi səbəbindən baş tutmayıb. Nəticədə "Young Pro" kollektivi texniki məğlubiyyət alıb.

"Liman" UFK – "Araz Bakı" matçında Liman təmsilçisinin heyətində cəzalı futbolçu Elşad Qafarlının meydana çıxdığı müəyyənləşib. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyətlə üzləşib.

Seçilən
61
9
fanat.az

10Mənbələr