Bakı, 22 aprel, AZƏRTAC
“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fond şəhid Hikmət Həsənovun ailəsinə dəstək göstərib.
Qeyd olunub ki, şəhidin hər iki övladı - Rüqəyya və Ruzi Fondun vəsaiti hesabına Gəncə şəhərində, Xəzər Universiteti “Dünya” Məktəbində təhsil alır.
Şəhid Hikmət Həsənov barədə daha ətraflı link vasitəsilə məlumat ala bilərsiniz.