AZ

Metro xətləri üzrə fəaliyyət göstərən bütün marşrutlara əlavə avtobuslar cəlb olunub - AYNA

Bakı.Trend:

Metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxilimarşrutlara əlavə avtobuslar cəlb olunub.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilib ki, xüsusilə sərnişin sıxlığının müşahidə olunduğumetronun “Elmlər Akademiyası”, "Nizami", “28 May”, "Gənclik", “20Yanvar”, “Nəriman Nərimanov”, “Koroğlu", “Qara Qarayev”,“Neftçilər”, “Əhmədli” stansiyaları və şəhərin digər əsasistiqamətləri üzrə marşrutlara əlavə avtobusların cəlb olunmasıdavam etdirilir.

Qeyd edək ki, ötən gün 12:10 radələrində metroda texnikinasazlıq yaranıb və bütün stansiyalara giriş dayandırılıb. Birsaatdan sonra problem aradan qaldırılıb, stansiyalara giriş bərpaedilib.

Məqalədə:
Seçilən
75
1
az.trend.az

2Mənbələr