Bakı. Trend:
Aprelin 23-də bəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlısarı xəbərdarlıq verilib.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətiməlumat yayıb.
Bildirilib ki, Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran,Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən,Gədəbəy, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Mingəçevir,Göyçay, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Qobustan, Şamaxı,Kəlbəcər, Laçın,Cəbrayıl, Füzuli, Zəngilanda isə sarı xəbərdarlığauyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/santəşkil edəcək.