AZ

192 sərnişin bilet aldı, təyyarə isə boş getdi

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransada ötən gün baş vermiş hadisəyə görə aeroport, sərnişinlər və aviaşirkət arasında çəkişmə başlayıb.

Avtosfer.az xəbər verir ki, Marn şəhərindən Əlcəzairə gedən “Ryanair” şirkətinə məxsus reysə 192 sərnişin bilet alıb. Hava limanına gələn sərnişinlər isə qeydiyyatdan keçə bilməyiblər.

Məlum olub ki, təhlükəsizlik xidməti əməkdaşları xəstəliyə görə işə çıxmayıblar. Buna görə də sərnişinləri yoxlamaq mümkün olmayıb.

Təyyarə isə Afrikaya boş uçub. Aeroport rəhbərliyi bildirib ki, təhlükəsizlik xidməti əməkdaşları çatışmır. Sərnişinlərə isə təzminat verilməyib.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
avtosfer.az

1Mənbələr