Bakı. Trend:
"Qalatasaray" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyiplanlaşdırır.
Trend xaricimediaya istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi"Yuventus"da çıxış edən Tyon Koopmeynersdir.
"Sarı-qırmızılar" niderlandlı futbolçu üçün İtaliya klubuna 30milyon avro ödəməyə hazırdır. 28 dayaq yarımmüdafiəçisi ilə"Mançester Yunayted" də maraqlanır.
Qeyd edək ki, Tyon Koopmeyners bu mövsüm "Yuventus"un heyətindəmeydana çıxdığı 40 rəsmi matçda 2 qol və 1 məəhsuldar ötürmə iləyadda qalıb. Niderlnad millisinin üzvünün klubla müqaviləsi 2029-cuilin yayına kimidir.