AZ

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 29% artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Gürcüstan arasındaticarət əməliyyatlarının həcmi 264,7 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 59,3 milyon ABŞ dolları və ya 28,9% çoxdur.

Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 2,81%-i həcmində olub. Bununla daGürcüstan dövr ərzində Azərbaycanın ən çox ticarət əməliyyatıapardığı ölkələr siyahısında 7-ci pillədə qərarlaşıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 235milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 54,3 milyon ABŞ dolları və ya təqribən 30%çoxdur.

Dövr ərzində Azərbaycandan Gürcüstana ixrac əməliyyatlarının120,7 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Gürcüstan 14%payla 3-cü yerdə qərarlaşıb. Gürcüstana qeyri-neft məhsullarınınixracı ötən ilin ilk üç ayındakı göstərici ilə müqayisədə 40,1milyon ABŞ dolları və ya 49,7% artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 29,7 milyon ABŞ dollarıdəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilineyni dövrü ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 20,7% artımdeməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar vəya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın,4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollarvə ya 29,3% azalıb.

Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfəçoxdur.

Seçilən
42
14
az.trend.az

10Mənbələr