AZ

Sinif yoldaşına xəsarət yetirən yeniyetmə HƏBS EDİLDİ

Ajans.az xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində onunla bağlı təqdimata baxılıb və qərar qəbul edilib. Qərara əsasən, yeniyetmə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. (APA)

Seçilən
98
18
Ajans.az

10Mənbələr