AZ

Paytaxtın bəzi yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Bakı. Trend:

Bu gecə Bakı şəhərinin bəzi yollarında nəqliyyat vasitələrininhərəkəti qismən məhdudlaşdırılacaq.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi(AAYDA) məlumat yayıb.

Bildirilib ki, yol örtüyünün mövcud vəziyyəti nəzərə alınaraqaşağıdakı ünvanlarda təmir işləri aparılacaq:

• Nəriman Nərimanov prospektində (Abdulla Şaiq küçəsindəyerləşən geriyədönmə hissəsindən Qurban Xəlilov küçəsi istiqamətinəqədər);
• Təbriz küçəsində (K.Rəhimov küçəsi ilə Həsənoğlu küçəsi arasındaolan hissədə - Nərimanov metrosu istiqaməti).

Qeyd olunan işlərlə əlaqədar olaraq, 22 aprel saat 23:00-dan 23aprel saat 17:00-dək göstərilən ərazilərdə nəqliyyat vasitələrininhərəkəti qismən məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqətiyol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddişəkildə əməl etmələri xahiş olunur", - məlumatda qeydolunub.

Məqalədə:
Seçilən
84
19
az.trend.az

10Mənbələr