AZ

Toyda şirniyyatları yeyən uşağı təndirə atdılar

Medicina portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hindistanın Uttar Pradeş ştatında nənəsi ilə kənd toyuna gedən oğlan uşağı şənliyin onun üçün ağır bitəcəyini gözləmirdi.

Medicina.az xəbər verir ki, 11 yaşlı Çaman, rasgullas (şərbətdə xəmir topları) adlanan desertlərə diqqətlə baxırdı. Ləziz şirniyyatdan dözməyib bir neçə dəfə əl uzadıb gizli yeyən uşağa aşpaz dəfələrlə xəbərdar etdi.

Amma o, yeməkləri yeməyə davam etdikdə, onu qorxutmaq üçün isti təndirin yanına gətirdi. Uşağın əlini guya qorxutmaq məqsədilə təndirə uzadanda Çaman tarazlığını itirərək tandoora yıxıldı.

Oğlanın çarəsiz qışqırıqları xaosa səbəb oldu və aşpaz qarışıqlıqdan istifadə edərək qaçdı. Polis hazırda onu axtarır. Uşaq isə xəstəxanada yanıq müalicəsi alır.

Aygün Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
1
icma.az

2Mənbələr