AZ

Televiziyalarda böyük problem: çıxış yolu nədir? VİDEO

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AJB sədri: “Səviyyə o qədər acınacaqlı hala düşdü ki, məcbur şəkildə həmin əyləncə proqramlarını ləğv etməli oldular”

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Ayna-Zerkalo”nun rəhbəri Elçin Şıxlı AYNA.AZ-ın “YouTube” kanalına müsahibəsində bu dəfə jurnalistikada, xüsusilə də televiziya jurnalistikasındakı vəziyyət, problemlər və onlardan çıxış yolu barədə danışıb.

Bildirib ki, xəbər vermək, tənqid etmək, maarifləndirmək və əyləndirmək əsas funksiyadır: “Bizdə xəbər vermək funksiyası müəyyən çərçivələrdə durur. Tənqid etmək var, amma aşağı səviyyədədir. Maarifləndirmək xüsusi yer tutmalıdır ki, bu, cəmiyyətin səviyyəsini qaldırır. Və təbii ki, əyləncə də önəmlidir. Televiziya insanları əyləndirməlidir, amma bunun da müəyyən səviyyəsi olmalıdır. Ötən əsrdəki əyləncə proqramları ilə indiki əyləncə proqramlarını müqayisə etsək, çox böyük fərq var. Televiziyaların fəaliyyətinin tənqidi də əsasən bundan qaynaqlanır”.

“Eyni zamanda, bir vaxtlar ideologiyaya nəzarət edən bəzi məmurlar televiziyalarda ağırlığı əyləncə funksiyasına verdilər ki, əyri əməllərindən fikirlər yayınsın. Nəticədə bu vəziyyət yarandı. Təəssüf ki, səviyyə o qədər acınacaqlı hala düşdü ki, məcbur şəkildə həmin əyləncə proqramlarını ləğv etməli oldular”, - deyə qeyd edib.

Videomüsahibəni geniş şəkildə təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
ayna.az

1Mənbələr