İki gün öncə Bakıda 9-cu sinif şagirdi öz sinif yoldaşının üzərinə spirt tökərək yandırıb. Bu hadisə cəmiyyətdə ciddi rezonans doğurub, böyük narahatlıq yaradıb. Xəsarət alan şagirdin vəziyyətinin ağır olduğu bildirilir.
Ümumiyyətlə, son vaxtlar məktəblərdə şagirdlərin aqressiv davranışları ilə tez-tez rastlaşırıq. Bir müddət əvvəl də İdrak liseyində təhsil alan şagirdin ov tüfəngi ilə məktəbə gedərək müəllimini güllələməsi hadisəsi baş vermişdi və bu, cəmiyyətdə ciddi sarsıntı yaratmışdı.
Bəs şagirdlərdə şahidi olduğumuz bu aqressiyanın səbəbi nədir? Bu halların arxasında hansı amillər dayanır? Cəmiyyət, valideyn, yoxsa məktəbmi günahkardır?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com