AZ

Sinif yoldaşını yandıran şagirdlə bağlı qərar

Məhkəmə Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə barəsində qərar verib.

Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində onunla bağlı təqdimata baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, yeniyetmə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Seçilən
86
20
publika.az

10Mənbələr