AZ

Ərdoğan ilə Ştaynmayer Yaxın Şərq və Rusiya Ukrayna münaqişələrini müzakirə ediblər

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Liderlər Türkiyə-Almaniya ikitərəfli münasibətləri ilə regional və qlobal prosesləri müzakirə ediblər", - məlumatda bildirilib və əlavə olunub ki, Ərdoğan Türkiyə ilə Almaniya münasibətlərinin son dövrdə həyata keçirilən yüksəksəviyyəli təmaslarla inkişaf etdiyini xatırladıb.

Yaxın Şərqdəki müharibənin Avropanı da zəiflətdiyi vurğulanıb: "Bu gedişata sülhyönümlü yanaşma ilə müdaxilə edilmədiyi təqdirdə münaqişə prosesinin vuracağı zərər daha böyük olacaq", - Ərdoğandan sitat gətirilib.

Türkiyənin İran məsələsində olduğu kimi, Rusiya-Ukrayna müharibəsində də müzakirələr yolu ilə münaqişələrin sona çatdırılması və davamlı sülhə nail olunması üçün səy göstərdiyini söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
3
bizimyol.info

4Mənbələr