AZ

Ərdoğan Ştaynmayer ilə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə telefon danışığı aparıb.Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər Türkiyə-Almaniya münasibətlərini, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər. Ərdoğan bildirib ki, son dövrlərdə yüksək səviyyəli təmaslar iki ölkə arasında münasibətlərə müsbət dinamika qazandırıb. O, regionda davam edən müharibənin artıq Avropanı da zəiflətdiyini vurğulayıb.Türkiyə Prezidenti qeyd edib ki, proseslərə sülh yönümlü yanaşma ilə müdaxilə olunmasa, qarşıdurmanın nəticələri daha ağır ola bilər.

Ərdoğan həmçinin Türkiyənin İran məsələsində olduğu kimi, Ukrayna-Rusiya münaqişəsində də danışıqlar yolu ilə həll və davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyini diqqətə çatdırıb.

Seçilən
89
1
metbuat.az

2Mənbələr