AZ

Təbrizdə dağıntılar fonunda uşaqlara “Çaşma, Azərbaycan” mahnısı oxutduruldu - VİDEO

Təbrizdə İsrail və ABŞ-ın həyata keçirdiyi bombardmanlar nəticəsində yaranmış dağıntılar fonunda çəkilmiş görüntülər geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, kadrlarda dağıdılmış binanın qarşısına bir qrup uşağın toplanaraq onlara Azərbaycan türkcəsində “Çaşma, Azərbaycan” mahnısının oxutdurulduğu açıq şəkildə görünür. Uşaqların sıraya düzülərək mahnı ifa etdiyi, ətrafda isə müharibənin izlərinin qaldığı dağıntı mənzərəsi diqqət çəkir.

Məlumdur ki, sözügedən dağıntılar İsrail və ABŞ-ın bombardmanları nəticəsində yaranıb. Buna baxmayaraq, hadisə yerində təşkil olunan bu səhnənin Azərbaycanla əlaqələndirilməsi ciddi suallar doğurur. 

Azərbaycanın bu münaqişədə mövqeyi bəllidir – rəsmi Bakı İrana qarşı hər hansı hərbi fəaliyyətin tərəfi deyil və humanitar, mənəvi, siyasi və informasiya müstəvisində balanslı yanaşma nümayiş etdirir. Lakin buna rəğmən, xüsusilə SEPAH-ın nəzarətində olan media strukturlarında Azərbaycanın hədəf alınması halları davam edir.

Bu dəfə isə həmin yanaşmanın Təbrizdə – özü də Azərbaycan türkcəsində həyata keçirilməsi diqqət çəkən və narahatlıq doğuran məqam kimi qiymətləndirilir. Müşahidəçilər bunu informasiya təsiri və ictimai rəyin yönləndirilməsi cəhdi kimi dəyərləndirir.

Hadisə Güney və Qüzey Azərbaycana aid sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

 

Musavat.com

Seçilən
121
musavat.com

1Mənbələr