Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 23 aprel, AZƏRTAC
ABŞ ordusu Prezident Donald Trampın tətbiq etdiyi dəniz blokadasının bir hissəsi olaraq üç İran tankerini saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, ABŞ ordusu Asiya sularında İran bayrağı altında üzən ən azı üç tankeri ələ keçirib. Məlumata görə, saxlanılan gəmilərdən biri qismən xam neftlə yüklənmiş Deep Sea supertankeri olub. Sevin tankeri Malayziya sahillərində, tam neftlə yüklənmiş Dorena gəmisi Hindistanın cənub sahillərində saxlanılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.