AZ

ABŞ raket esminesində yanğın: üç hərbçi xəsarət alıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesdə baş verən yanğın nəticəsində üç hərbçi xəsarət alıb.

Teleqraf xəbər verir ki, hadisə Missisipi ştatında yerləşən USS “Zumvalt” raket esminesində qeydə alınıb.

Məlumata görə, hərbi gəmi modernləşdirmə işləri üçün gəmiqayırma zavodunda lövbər salmış vəziyyətdə olub.

Bildirilib ki, ekipaj yanğını öz gücü ilə söndürə bilib. Yaralılardan biri yerli xəstəxanaya çatdırılıb.

ABŞ Hərbi Dəniz Qüvvələri yanğının səbəblərini araşdırır və gəmidə dəymiş ziyanın miqyasını qiymətləndirir.

Qeyd edək ki, daha əvvəl USS “Duayt D. Eyzenhauer” aviadaşıyıcısında baş verən yanğın zamanı da üç hərbçi xəsarət almışdı.

Seçilən
82
teleqraf.com

1Mənbələr