AZ

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla İran İslamRespublikası arasında ticarət əməliyyatlarının həcmi 169,5 milyonABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 12,4 milyon ABŞ dolları və ya 7,9% çoxdur.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan İrana 2,8 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 2,1 milyon ABŞ dolları və ya təqribən 1,7 dəfəazdır.

Hesabat dövründə Azərbaycan İrandan 166,7 milyon ABŞ dollarıdəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilineyni dövrü ilə müqayisədə 14,4 milyon ABŞ dolları və ya 9,5% artımdeməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar vəya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın,4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollarvə ya 29,3% azalıb.

Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfəçoxdur.

Seçilən
86
14
az.trend.az

10Mənbələr