AZ

Vaşinqton Moskvaya qapılarını AÇIR - Rusiyaya rəsmi dəvət GÖNDƏRDİ

Rusiya Xarici İşlər Nazirliyi bu ilin dekabrında ABŞ-ın Mayami şəhərində keçiriləcək "Böyük İyirmilik" (G20) sammitində Rusiyanın ən yüksək səviyyədə iştirak üçün dəvət aldığını iddia edir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya XİN rəhbərinin müavini Aleksandr Pankin BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlama verib.

Pankinin sözlərinə görə, səfərlə bağlı yekun qərar sammitin tarixinə yaxın vaxtlarda qəbul ediləcək.

O bildirib ki, ən yüksək səviyyədə iştirak üçün dəvət olsa da, həmin vaxta qədər hadisələrin necə cərəyan edəcəyi nəzərə alınacaq. Qeyd edək ki, G20 liderlərinin növbəti sammiti 2026-cı il dekabrın 14-15-də Mayamidə keçiriləcək.

Rusiya mətbuatının yazdığına görə, Rusiya nümayəndə heyəti Vaşinqtonda dövlət nümayəndələrinin ilk hazırlıq görüşünün nəticələrini yüksək qiymətləndirib. Bundan əvvəl Rusiyanın G20-dəki nümayəndəsi Svetlana Lukaş bildirib ki, Vladimir Putinin sammitdə iştirakı Rusiya-ABŞ münasibətlərinin dinamikasından asılı olacaq. Lakin mart ayında Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Mayamidəki sammitə qatılmaq planının olmadığını qeyd edib.

Xatırladaq ki, G20 sammiti dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrinin liderlərinin qlobal məsələləri müzakirə etmək üçün toplandığı illik platformadır. 2025-ci ilin noyabrında yayılan məlumatlarda isə bildirilib ki, Donald Tramp növbəti sammiti reqlamentə zidd olsa da, xüsusi dəvətnamə əsasında keçirilən tədbirə çevirmək niyyətindədir.

Musavat.com

Seçilən
106
6
musavat.com

6Mənbələr