AZ

Putin Zelenski ilə bu halda görüşəcək: Kreml şərti açıqladı

Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş yalnız sülh müqaviləsinin yekunlaşması frazasında mümkündür.

Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Əsas məsələ görüşün məqsədidir. Görüşün məqsədi nədir? Putin istənilən vaxt Moskvada görüşməyə hazır olduğunu bildirib. Əsas məsələ görüşün məqsədinin olması və ən əsası görüşün məhsuldar olmasıdır”, - Peskov deyib.

Peskov bundan əvvəl də Zelenskinin bu prosesə görə məsuliyyəti öz üzərinə götürəcəyi təqdirdə Ukraynaya sülh gələcəyini bildirmişdi.

Seçilən
87
publika.az

1Mənbələr