AZ

Mikayıl Cabbarov Avropa çempionu olan güləşçiləri təbrik edib

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında uğur qazanan yunan-Roma güləşi üzrə milli komandanı təbrik edib.

BAKU.WS xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Cabbarov bildirib ki, millinin komanda hesabında birinci olması Azərbaycan idmanı üçün mühüm nailiyyətdir və hər bir azarkeşdə qürur hissi yaradır.

O, xüsusilə qeyd edib ki, Həsrət Cəfərovun (67 kq) ardıcıl dördüncü dəfə Avropa çempionu olması, eləcə də Qurban Qurbanovun (82 kq) titulunu qoruması böyük zəhmət və peşəkarlığın göstəricisidir. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasovun (87 kq) qazandıqları bürünc medalların da komandanın gücünü nümayiş etdirdiyini vurğulayıb.

Federasiya prezidenti idmançıları, məşqçiləri və onların ailələrini təbrik edərək Azərbaycan güləşinin beynəlxalq arenada uğurlarının davamlı olmasını arzulayıb.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə milli komanda Avropa çempionatında ümumilikdə 5 medal qazanaraq komanda hesabında qitə çempionu olub. Yarış aprelin 26-da başa çatacaq.

Biz Avropanın ən güclüsüyük!#Albaniya-nın paytaxtı Tiranada keçirilən #Avropaçempionatı-nda yunan-Roma güləşi üzrə milli komandamızın növbəti möhtəşəm uğuru hər birimizi sevindirir və qürurlandırır.Həsrət Cəfərovun (67 kq) ardıcıl 4-cü dəfə Avropa çempionu olaraq tarix… pic.twitter.com/wWVwgeKNsg

— Mikayil Jabbarov (@MikayilJabbarov) April 23, 2026

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
baku.ws

2Mənbələr