AZ

Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana gətirildi

Bakı.Trend:

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiyaedilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımvə hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixliKonvensiyaya uyğun olaraq, Azərbaycan vətəndaşları ŞəhruddinGöylərov və Elşad Ələsgərovun ekstradisiyası ilə bağlı BaşProkurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğutərəfindən təmin olunub.

Məlumata görə, Salyan Rayon Məhkəməsinin icraatında olan cinayətişi üzrə Şəhruddin Göylərov yol hərəkəti qaydalarını pozaraqehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqdatəqsirləndirilir. O, məhkəmədən yayınaraq gizləndiyinə görəbeynəlxalq axtarışa verilmişdi.

Digər şəxs - Elşad Ələsgərov isə Sumqayıt Şəhər Polis İdarəsindəistintaq olunan cinayət işi üzrə xeyli miqdarda, yəni 15 min manatdələduzluq etməkdə şübhəli bilinir. Onun barəsində təqsirləndirilənşəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və istintaqdanyayındığı üçün beynəlxalq axtarış elan edilmişdi.

Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusikonvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Hazırda faktlarla bağlı müvafiq prosessual tədbirlər davametdirilir.

Seçilən
79
32
az.trend.az

10Mənbələr