AZ

ABŞ niyə İrana zərbələr endirir, amma Şimali Koreyaya toxunmur? - Əsl səbəb açıqlanıb

Dünya Yaxın Şərqdə gərginliyin artmasını izlədiyi bir vaxtda sual yaranır: Niyə Ağ Ev Tehrana qarşı radikal addımlar atır, lakin Pxenyana münasibətdə ehtiyatlı davranır?..

Poliqon xəbər verir ki, bu barədə Pusan Milli Universitetinin beynəlxalq münasibətlər professoru Robert E. Kelli "19FortyFive" üçün yazdığı məqalədə bildirib.

Müəllif qeyd edir ki, Donald Tramp administrasiyası İranın bombalanmasına müxtəlif əsaslar gətirir - rejim dəyişikliyindən tutmuş Hörmüz boğazının təhlükəsizliyinə qədər. Lakin iki hal arasındakı əsas fərq təkcə nüvə silahının mövcudluğu ilə bağlı deyil, həm də qonşu dövlətlərin mövqeyi ilə əlaqədardır.

"İrana qarşı preventiv müharibəyə başlamaq uzun müddətdir ki, Şimali Koreyaya nisbətən daha mümkün hesab olunur. Çünki Yaxın Şərqdəki müttəfiqlərimiz bunu dəstəkləyib, Şimal-Şərqi Asiyadakı müttəfiqlərimiz isə ehtiyatlı davranıb və ya açıq şəkildə buna qarşı çıxıblar", deyə o izah edib.

Məlumata görə, ABŞ-ın Şimali Koreyaya zərbə endirmək üçün üç real imkanı olub:

* 1994-cü il: Bill Klintonun hərəkətə keçə biləcəyi ən real dövr idi, lakin Cimmi Karterin müdaxiləsi və Seulun ehtiyatlı mövqeyi müharibənin qarşısını alıb.

* 2003-cü il: Kiçik Corc Buş Şimali Koreyanı "şər oxu"na daxil etsə də, Yaxın Şərqdəki proseslərlə məşğul olduğundan bu istiqamətdə addım atmayıb.

* 2017-ci il: Donald Tramp zərbə variantını nəzərdən keçirib, lakin Pxenyan artıq nüvə "qalxanı"na malik idi və bu, nəticələri fəlakətli edə bilərdi.

Professorun sözlərinə görə, hazırda İsrail və Fars körfəzi ölkələri faktiki olaraq ABŞ-ı Tehrana qarşı addımlar atmağa təşviq edir.

Məqalədə qeyd olunur ki, İranda rejim dəyişikliyi və Hörmüz boğazının yenidən sərbəst keçid zonasına çevrilməsi (İranın nəzarəti və ödənişləri olmadan) təkcə hava zərbələri deyil, həm də quru əməliyyatlarını tələb edə bilər.

"Paradoks ondadır ki, bu gün Fars körfəzi müttəfiqlərinin razılığı Tramp üçün problemə çevrilə bilər. O, açıq şəkildə çıxış yolu axtarır, halbuki ABŞ müttəfiqləri əməliyyatın sona çatdırılmasını istəyir", deyə müəllif yekunlaşdırır.

Poliqon.info

Seçilən
27
50
poliqon.info

10Mənbələr