Bakı. Trend:
Azərbaycanda mis, qızıl və gümüş hasilatı ilə məşğul olan "AngloAsian Mining plc" şirkəti “Gədəbəy” və “Dəmirli” yataqlarında emalgüclərinin əhəmiyyətli dərəcədə yenilənməsi barədə məlumatverib.
Bu barədə Trendşirkətə istinadən xəbər verir.
“Gədəbəy”də flotasiya fabrikinin modernləşdirilməsinin aprelayının sonunadək başa çatdırılması planlaşdırılır. Daha zənginfilizlərdən faydalı komponentlərin sürətlə çıxarılması üçün nəzərdətutulmuş doqquz ədəd yeni, yüksək səmərəli "Imhoflot" pnevmatikflotasiya şəbəkəsi quraşdırılıb. Avadanlıq “Gilar” yatağındançıxarılan yüksək tərkibli filizin emalı üçün nəzərdə tutulub.Ənənəvi flotasiya üsulları ilə müqayisədə onun qızıl və misinçıxarılma səviyyəsini artıracağı gözlənilir. Modernləşdirməninümumi dəyəri təxminən 1,8 milyon dollar təşkil edib.
Bundan əlavə, “Gədəbəy”də emal gücləri genişləndirilib: enerjiyəqənaət edən "Pulp Lifter" sistemi quraşdırılıb və lisenziyalıtexniki xidmət üzrə yeni proqram tətbiq olunub.
Həmçinin, tullantı anbarının modernləşdirilməsi, o cümlədənoptik lif texnologiyaları əsasında bəndin monitorinq sistemininquraşdırılması planlaşdırılır.
“Dəmirli” yatağında isə birinci rübdə yeni reduktorunquraşdırılmasından sonra şar və SAG tipli üyütmə dəyirmanlarıistismara verilib və artıq sabit fəaliyyət göstərir.
Şirkət eyni zamanda “Xarxar” və “Qaradağ” yataqları üzrətexniki-iqtisadi əsaslandırma işlərini irəlilədib. “Qaradağ”damüstəqil ekspertlərin iştirakı ilə pilot işlər aparılır, “Xarxar”üçün isə filizlərin sınaqdan keçirilməsi planlaşdırılır.
“Biz ‘Gədəbəy’ və ‘Dəmirli’dəki obyektlərimizdə emal güclərinəqoyulan əhəmiyyətli investisiyalar barədə məlumat verməkdənməmnunuq. Bu, gələcəkdə gözlənilən istehsal artımından maksimumfayda əldə etmək və şirkətin inkişaf strategiyasını həyata keçirməkbaxımından vacibdir”, – deyə Anglo Asian Mining şirkətininvitse-prezidenti Stiven Uestxed bildirib.