AZ

Paşinyan hakimiyyəti qorumaq üçün nəyə hazırdır? Siyasi şərhçi kilsəyə qarşı addımları dəyərləndirib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətini Qərbin dəstəyi ilə qorumaq üçün Ermənistan Apostol Kilsəsinə qarşı addımları “ödəməyə hazır olduğu qiymət” kimi gördüyü iddia olunur.

Bizimyol.info xəbər verir ki, bu fikri Ermənistan mətbuatına politoloq Stepan Danielyan bildirib.

O hesab edir ki, kilsənin “islahatı” da hakim “Mülki Müqavilə” partiyasının seçki kampaniyasının əsas mövzularından olacaq.

“Hazırkı hakimiyyətin xarici dəstəkçiləri var və onlar Avropa İttifaqı və digər ölkələrdən maliyyə və siyasi yardım istəyirlər ki, dolayı yolla yenidən hakimiyyətdə qala bilsinlər”, – deyə o bildirib.

21 aprel tarixində Paşinyan sosial şəbəkədə çıxış edərək kilsə nümayəndələrinin də vergi sisteminə daxil olmalı, gəlirlərini bəyan etməli olduğunu deyib. Onun sözlərinə görə, kilsənin sahibkarlıq fəaliyyəti də digər kommersiya sahələri kimi vergiyə cəlb olunmalıdır.

Danielyan xatırladır ki, Paşinyanın bir il əvvəl gündəmə gətirdiyi “kilsə islahatı” planı — katolikosun dəyişdirilməsi, yeni nizamnamə və s. — indi də seçki proqramına daxil edilib və “kilsənin siyasətdən çıxarılması” məqsədi daşıyır.

Politoloq isə bu yanaşmanı tənqid edərək bildirir ki, kilsə yalnız dini qurum deyil, eyni zamanda ictimai-siyasi mövqelər də ifadə edə bilən institutdur və bir çox Qərb ölkələrində dövlət tərəfindən maliyyələşdirilir.

Danielyan hesab edir ki, kilsə Ermənistanın tarixi yaddaşının əsas dayaqlarından biri olduğu üçün hakimiyyət tərəfindən “rəqib institut” kimi qəbul edilir.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçiriləcək. Hakim partiya və bir sıra müxalif qüvvələr artıq seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
icma.az

1Mənbələr