AZ

Ağstafada şagird bıçaqlanıb – Yenilənib

Ağstafada məktəbdə baş verən insident zamanı bıçaqlanan şagird Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə Anews.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

****

Ağstafada məktəbdə baş verən insident zamanı bir şagird bıçaq xəsarəti alıb, polis şübhəli şəxsin saxlanılması üçün əməliyyat keçirir.

Hadisə Ağstafa şəhərində yerləşən 3 nömrəli tam orta məktəbdə qeydə alınıb. İlkin məlumata görə, 2012-ci il təvəllüdlü U.İ. məktəbdə baş verən dava zamanı kəsici-deşici alətlə yaralanıb və xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirir.

Məlumata görə,  Ağstafa Rayon Polis Şöbəsinə rayonun 3 saylı tam orta məktəbinin şagirdi, 8-ci sinif şagirdi U. İ-yə digər məktəbli tərəfindən kəsici-deşici alətlə xəsarət yetirməsi barədə məlumat daxil olub. Hazırda həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür

Gülnar Nazimqızı 

Seçilən
44
2
anews.az

3Mənbələr