AZ

“Top ələ dəymişdi, təmiz penalti idi” – Fabian Buntiç 

“Matça yaxşı başlamışdıq. Lakin qırmızı vərəqədən sonra vəziyyət dəyişdi. Təbii ki, rəqib güclüdür və belədə 10 nəfərlə mübarizə aparmaq çətin idi. Buna baxmayaraq, komanda əlindən gələni etdi. Yaxşı mübarizə apardıq. Hesabda önə də keçdik. Təəssüf ki, qələbə hesabını qoruya bilmədi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Fabian Buntiç “Sabah” oyunu sonrası deyib. O, daha sonra oyunun sonlarındakı mübahisəli epizod barədə danışıb:

“Burda ümumiyyətlə, şərhə ehtiyac yoxdur. Çünki hamı gördü ki, top ələ dəymişdi. Təmiz penalti idi.Hər şey göz qabağında idi. Hakim səhvləri yekunda gətirib belə hallara çıxarır”.

 

Seçilən
31
idmanxeber.az

1Mənbələr