AZ

AİB Azərbaycanın iştirakı ilə regional ticarət sazişlərinin icrası və səmərəliliyini gücləndirən layihəni nəzərdən keçirir

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit okean regionuölkələrində regional ticarət sazişlərinin icrasını və iqtisadisəmərəliliyini gücləndirməyə yönəlmiş yeni texniki yardımlayihəsini nəzərdən keçirir.

Bu barədə Trendbanka istinadən məlumat verir.

Təşəbbüs Əfqanıstan, Ermənistan, Azərbaycan, Banqladeş, Butan,Brüney-Darüssalam, Kamboca, Kuk adaları, Fici, MikroneziyaFederativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan,Qırğızıstan, Kiribati, Laos, Malayziya, Maldiv adaları,Monqolustan, Myanma, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippin,Papua-Yeni Qvineya, Çin (ÇXR), Marşall adaları, Samoa, Solomonadaları, Şri-Lanka, Tacikistan, Tailand, Timor-Leşte, Türkmənistan,Tonqa, Türkiyə, Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam da daxilolmaqla geniş spektrli inkişaf etməkdə olan iqtisadiyyatlara dəstəknəzərdə tutur.

Təklif olunan layihə AİB-in Texniki Yardım üzrə Xüsusi Fonduhesabına 450 min ABŞ dolları məbləğində maliyyələşdirilir.

Layihənin icra miqyası və müddətləri ilə bağlı əlavətəfərrüatlar açıqlanmır.

Qeyd edək ki, 2025-ci ildə AİB Azərbaycana ümumilikdə 58,8milyon ABŞ dolları ayırıb. Bank həmçinin Azərbaycanla 2029-cu iləqədər yeni ölkə üzrə tərəfdaşlıq strategiyasını işə salıb.Strategiya biliklərə, innovasiyalara və katalitik maliyyələşdirməyəyönəlib. Sənəd “yaşıl” və şaxələndirilmiş iqtisadi artımındəstəklənməsini, aşağı karbonlu nəqliyyat əlaqələrinin inkişafınıvə yüksək texnoloji sahələrin formalaşdırılmasını, eləcə də milliprioritetlərin icrasının gücləndirilməsini, o cümlədəniqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması üçün ixtisaslıişçi qüvvəsinin hazırlanmasını hədəfləyir.

Məqalədə:
Seçilən
88
17
az.trend.az

10Mənbələr